Ermənistanda sahibkarlar növbəti dəfə etiraz aksiyası keçiriblərbackend

Ermənistanda sahibkarlar növbəti dəfə etiraz aksiyası keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, iş adamları ölkənin Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə etiraz edirlər.

Aksiya iştirakçıları bildiriblər ki, verginin artırılması nəticəsində məşğul işlədikləri sahə məhv olacaq: “Bu sektordakı kiçik və orta sahibkarlıq müflisləşəcək. Bunun dövlətə xeyiri olacağını düşünmürük. Bu daha çox bəzi qrupların mənafeyinə xidmət edəcək. Ona görə də bu addım atılıb”.

Qeyd edək ki, martın 11-də də Ermənistan paytaxtı Yerevanda qazlı içkilər istehsal edən şirkətlərin nümayəndələri hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.

İnterPress.az