Bakıda sevgilisinə 33 bıçaq vuran qadına – HÖKMbackend

Bakıda sevgilisinə 33 bıçaq vuran qadına – HÖKM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, G.Hüseynova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Grand” hoteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazına dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. Məlum olub ki, G.Hüseynova sevgilisini onunla rəsmi nikaha girəcəyi barədə verdiyi vədlərə əməl etmədiyi üçün öldürüb.

İnterPress.az