UEFA Ronalduya qarşı intizam işi açıbbackend

UEFA Ronalduya qarşı intizam işi açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna 34 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə İspaniya \”Atletiko\”sunu 3:0 hesabı ilə məğlub etdikləri matçda etdiyi qeyri-etik hərəkətlər səbəb olub.

Portuqaliyalı forvard qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin azarkeşlərinə qarşı xoşagəlməz jest edib.

Qeyd edək ki, \”Yuventus\” ilk görüşdə 0:2 hesabı ilə uduzduğu \”Atletiko\”nu cavab matçında Kriştianu Ronaldunun \”het-trik\”i sayəsində üstələyib. İlk matçda \”Atletiko\”nun baş məşqçisi Dieqo Simeone eyni hərəkəti edib və 20 min avro məbləğində cərimələnib.

İnterPress.az