İrandan Azərbaycana 84 kq heroinin keçirilməsinin qarşısı alınıbbackend

İrandan Azərbaycana 84 kq heroinin keçirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin polis rəisi Huşəng Hüseyni jurnalistlərə verdiyi açıqlamada deyib.

H.Hüseyninin sözlərinə görə, polis əməkdaşları və sərhədçilər Biləsuvar rayonunda yük maşınında yerləşdirilən heroini aşkarlayıblar.

Polis rəisi məsələ ilə bağlı 1 nəfərin saxlanıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

İranın Biləsuvar rayonu Ərdəbilin 165 km şimalında və Azərbaycanla sərhəddə yerləşir.

İnterPress.az