Prezidentə müraciət edən Ağsu sakininin nəvəsi sabah İstanbulda əməliyyat olunacaqbackend

Prezidentə müraciət edən Ağsu sakininin nəvəsi sabah İstanbulda əməliyyat olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Zaman Muradov özü məlumat verib.

O bildirib ki, İstanbul şəhərində yerləşən \”Liv Hospital\”da müayinə olunub və onun göz təzyiqi xəstəliyini daşıdığı məlum olub: “Müayinələrdən sonra həkimlər ağır əməliyyat olacağını dedilər. Həmçinin zərurət yaranarsa, ikinci əməliyyatın da baş tutacağı gözlənilir. Buna görə də, məndəm əməliyyat olmağıma razı olub-olmadığı soruşdular. Təbii ki, razılaşdım. Sabah əməliyyat otağına daxil olacam. Ümid edirəm ki, hər şey yaxşı olacaq və sağlamlığıma qovuşacam. Dövlət başçısına sonsuz təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: \”Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik\”.(report)

İnterPress.az