Almaniyanın iki aparıcı bankı birləşirbackend

Almaniyanın iki aparıcı bankı birləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu, baş versə, bankların bir sıra filialları bağlana, onlar xərclərini azalda bilərlər.

Bununla belə, bəzi təhlilçilər “Deutsche Bank” və “Commerzbank”ın birləşməsini çərin və riskli hesab edir. Onların fikrincə, bu, hər şeydən 10 mindən artıq iş yerinin bağlanması deməkdir.

Almaniya hökumətinin davranışları isə onun bu razılaşmanın lehinə olmasından xəbər verir. Qeyd edək ki, hökumət “Commerzbank”ın səhmlərinin 15,5%-nə nəzarət edir. Almaniyanın maliyyə naziri Olaf Şolz (Olaf Scholz) ölkənin bank sektorunda milli çempiona ehtiyac olduğunu əsas gətirərək bankların sahiblərinə birləşmək haqda düşünməyi təklif edib.

Konsolidasiya baş tutsa, Almaniyanın bank sektorunda 15% paya malik yeni maliyyə qurumu yaranacaq. Yeni bank özündə 1,8 trln. avro məbləğində aktivləri cəmləşdirəcək.

İnterPress.az