Xalid əl Falih: OPEC+ razılaşması fevral ayında 90 faiz həcmində yerinə yetirilibbackend

Xalid əl Falih: OPEC+ razılaşması fevral ayında 90 faiz həcmində yerinə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası çərçivəsindəki mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanı enerji, sənaye, təbii sərvətlər naziri Xalid Əbdül Əziz əl Falih bildirib.

Tədbirdə iştirak edən bütün ölkələrin yaxın aylarda könüllü şəkildə neft hasilatını azaldacaqlarını həm kollektiv halda, həm də ayrı-ayrılıqda Komitəyə bəyan ediblər.

Xatırladaq ki, 10 dekabr 2016-cı il tarixində Vyanada (Avstriya) imzalanmış sazişə əsasən, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü.

2018-ci il dekabrın 7-də isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılıq əldə edilmişdi. Yeni qərara görə, Azərbaycan 2019-cu ilin yanvar ayından etibarən gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.

OPEC-in mart ayı üzrə hesabatına əsasən bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq.

İnterPress.az