İsmayıllı rayonunda «Könüllülərin kənd düşərgəsi» layihəsi baş tutacaqbackend

İsmayıllı rayonunda «Könüllülərin kənd düşərgəsi» layihəsi baş tutacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təlimlərlə yanaşı iştirakçılar müxtəlif praktiki sessiyalarda da iştirak edəcəklər ki, bu da onların könüllü fəaliyyət təcrübəsi qazanmalarını təmin etməklə yanaşı, öyrəndiklərini praktiki tətbiq etmək imkanı da yaradacaq. Bundan başqa, layihənin sonunda iştirakçılardan ibarət kənd könüllü qrupları yaradılacaq, onların gələcək fəaliyyət planı müzakirə ediləcək.

Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

➢ Könüllü fəaliyyət;
➢ Sosial məsuliyyət anlayışı;
➢ Sosial məsələlərin həllində könüllü fəaliyyətin əhəmiyyəti;
➢ Könüllü fəaliyyətdə komanda işinin əhəmiyyəti;
➢ Kəndlərdə könüllü fəaliyyət üçün mümkün imkanlar;
➢ Könüllü fəaliyyət üçün layihələrin formalaşdırılması.

Layihə ictimaiyyəti, xüsusi ilə də gəncləri və məktəbliləri könüllülük mövzusunda maarifləndirmək, könüllülüyün cəmiyyət və şəxs üçün faydalarını, cəmiyyətdəki problemlərin həll olunmasında könüllülərin rolunu iştirakçılara çatdırmaq və gəncləri region həyatında könüllük fəaliyyətinə cəlb etmək məqsədini daşıyır. Eyni zamanda gənclərin ictimai-sosial fəaliyyətlərinin genişləndirilməsi və istedadlı gənclərin üzə çıxarılması da layihənin məqsədləri sırasındadır.

Məkan: İsmayıllı rayonu Təzəkənd kəndi

Tarix: 23-25 mart 2019-cu il

Layihə rəhbəri: Günel Alızadə