Çində yaşayış binalarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıbbackend

Çində yaşayış binalarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, hazırda 5 nəfər itkin düşmüş hesab edilir.

Çin mətbuatının məlumatına görə, sürüşmə zonasına düşmüş 79 nəfərdən 46-ı təhlükəli zonadan özləri çıxa bilib.

Televiziya bildirib ki, şəhərdə sürüşmə nəticəsində iki yaşayış binası, bir həyət evi və ictimai hamam uçub. İtkin düşənlərin axtarışları davam edir.

Qeyd edək ki, Şansi əyalətinin Linfen şəhərində bir neçə yaşayış binası martın 16-da uçub.

İnterPress.az