Gəncədə oğurluqla məşğul olan şəxs saxlanılıbbackend

Gəncədə oğurluqla məşğul olan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İnterPress.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb. V. İsmixanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az