İsmayıllıda ağır qəza: beş nəfər yaralandı – VİDEObackend

İsmayıllıda ağır qəza: beş nəfər yaralandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

İsmayıllının Qurbanəfəndi kəndi ərazisində baş verən qəza zamanı “Mersedes” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

İnterPress.az-ınməlumata görə, qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yaralılar Bakı şəhər sakinləri 1964-cü il təvəllüdlü Qabil Hüseynov, 1970-ci il təvəllüdlü Sevinc Hüseynova, İsmayıllı rayon sakinləri 1982-ci il təvəllüdlü Ramil Qarayev, 1962-ci il təvəllüdlü Həsən Allahverdiyev və 1954-cü il təvəllüdlü Niyaz Qarayevdir.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

İnterPress.az