Dünyanın ən bahalı və ən ucuz şəhərləri məlum oldubackend

Dünyanın ən bahalı və ən ucuz şəhərləri məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC-nin məlumatına görə bunu Economist Intelligence Unit təşkilatının illik araşdırmasının nəticələri göstərir.

Tarixdə ilk dəfədir ki, sadalanan üç şəhər birinci yeri bölüşür. Araşdırmada dünya üzrə 133 şəhərdə insanların gündəlik olaraq istehlak etdiyi məhsul (məs. çörək) və xidmətlərin (məs, ictimai nəqliyyat) qiymətləri nəzərə alınıb.

Ötən il ən bahalı ikinci şəhər olmuş Fransa paytaxtı, Avrozonadan ilk onluğa düşmüş ikinci dövlətdir.

Hesabatın müəllifi Roksana Slavçevanın dediyinə görə Paris 2003-cü ildən bəri dünyanın ən bahalı şəhərlərinin 10-luğunda yer alır və orada yaşayış xərcləri ildən ilə artır. Slavçevanın sözlərinə görə Parisdə orta-statistik bir gözəllik salonunda saç kəsdirmək 119 dollara başa gəlir.

Onluqda bundan başqa Zürix (İsveçrə), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Seul (Cənubi Koreya), Kopenhagen (Danimarka), Nyu-York (ABŞ), Təl-Əviv (İsrail), Los-Anceles (ABŞ) kimi meqapolislər yer alır.

Araşdırmanın müəllifləri eyni zamanda dünyanın ən ucuz şəhərlərinin reytinqini də tərtib edib. Birinci yerdə Venesuelanın paytaxtı Karakas, ikinci yerdə Suriyanın paytaxtı Dəməşq, üçüncü yerdə Özbəkistanın paytaxtı Daşkənd gəlir. Siyahıda bundan savayı Alma-ata (Qazaxıstan), Banqlor (Hindistan), Karaçi (Pakistan), Laqos (Nigeriya), Buenos-Ayres (Argentina), Çennay (Hindistan), Dehli (Hindistan) yer alır.

İnterPress.az