Məleykə Abbaszadə: “IX sinif buraxılış imtahanlarının nəticələri maya qədər elan ediləcək”backend

Məleykə Abbaszadə: “IX sinif buraxılış imtahanlarının nəticələri maya qədər elan ediləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, IX sinif buraxılış imtahanlarının nəticələri may ayına qədər elan ediləcək: “Martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələrinin yoxlanılması prosesi davam etməkdədir. Bu proses yeni bir prosesdir. Biz uzun illər qapalı testlərin nəticələrini 2 gün ərzində elan edirdik. İndi isə yazı işlərinin yoxlanılmasında mütləq ekspertlər iştirak etməlidirlər. Bu proses mürəkkəb prosesdir. Düşünürəm ki, IX sinif buraxılış imtahanlarının nəticələri may ayına qədər elan ediləcək”.

DİM sədri qeyd edib ki, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən IX sinif şagirdləri üçün mayın 31-də əlavə imtahan keçiriləcək.

İnterPress.az