Zaqatalada sexdən fındıq oğurlayan daha bir keçmiş məhkum saxlanılıbbackend

Zaqatalada sexdən fındıq oğurlayan daha bir keçmiş məhkum saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterPress.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2 nəfər Məhəmməd Mamayev və Nazar Həsənzadə saxlanılıb. Ətraflarında aparılan araşdırmalarla saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobildən videoqeydiyyat qurğusu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 “VAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.

Faktla bağlı araşdırma aparılır.