Populyar məhsulların ölümcül təhlükəsi təsdiq olundubackend

Populyar məhsulların ölümcül təhlükəsi təsdiq olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan başqa gündəlik olaraq tərkibində şəkər əvəzləyicisi olan dörd stəkandan çox maye qəbulunun qadınlarda ölüm hallarının artımına səbəb olduğu deyilir.

Bu haqda pres-reliz MedicalXpress nəşrində dərc olunub.

Araşdırmada 1980-2014-cü illərdə 80 min 647 qadın, 1986-2014-cü illərdə 37 min 716 kişinin iştirakı ilə keçirilən tədqiqatlarda əldə olunan məlumatlar təhlil olunub.

Könüllülər həyat tərzinin müəyyənləşdirilməsi məqsədilə sorğu-sual olunub, hər iki ildən bir onlar müayinədən keçirilib.

Məlum olub ki, ayda 1-4 şəkərtərkibli içkinin qəbulu erkən ölüm riskini 1 faiz, həftədə 2-6 şəkərtərkibli içkinin qəbulu isə bu riski 6 faiz artırır.

Gündəlik 1-2 stəkan civarında qəbul olunduqda erkən ölüm riski 14 faiz, ikidən artıq qəbul olunduqda isə nə az nə çox 21 faiz təşkil edir.

İnterPress.az