Bu rayonlarda qaz olmayacaqbackend

Bu rayonlarda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl\’\’ və “Mehdiabad\’\’, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir SES\’\’ qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Şəmkir rayonun Kür SES qəsəbəsi, Mahmudlu, Qapanlı, Yuxarı keçili, Aşağı keçili, Yuxarı bitli, Aşağı bitli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Yasamal və Abşeron rayonunun Mehdiabad qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 18:00-dək Sabunçu, işlər başa çatanadək isə Binəqədi, Nizami və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

İnterpress.az