Xalq artisti Ramiz Əzizbəyli yeni filmə çəkilib – VİDEObackend

Xalq artisti Ramiz Əzizbəyli yeni filmə çəkilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə filmin rejissoru Ramil Adiloğlu bildirib. O qeyd edib ki, Ramiz Əzizbəyli səhhətiylə bağlı həkim nəzarətində olmasına baxmayaraq, “Sən anlat, Hacıqabul” komediya filmində oynamağa razılıq verib. Ramiz Əzizbəli filmdə baş rolu canlandıracaq.

“Sən anlat, Hacıqabul” adlanan komediya filmi Azərbaycanda ilk “Aşkarlanmış lent” (“Found footage”) janrında çəkilən ekran əsəridir. Filmdə digər baş rol ifaçısı aparıcı və aktyor Elşad Zarafatsızdır. Filmin quruluşçu rəssamı Zaur Abdullayev, montaj müəllifi Oqtay Nəbzdir.

Qeyd edək ki, Ramiz Əzizbəyli uzun müddətdir, xəstəlikdən əziyyət çəkir.

İnterPress.az