Əlcəzair müxalifəti prezidentin istefasını tələb edirbackend

Əlcəzair müxalifəti prezidentin istefasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az TASS-a xəbər verir ki, bu barədə \”Sky News Arabia\” telekanalı məlumat yayıb. Müxalifətin tələbində həmçinin keçid dövrü başa çatdıqdan sonra prezident seçkilərinin keçirilməsi və hökumətin tamamilə istefa verməsi qeyd olunub.
Bundan əvvəl “An Nahar” Ə. Buteflikanın xalqa çağırışını yayımlayıb. Çağırışda deyilir ki, yaxın zamanda keçid dövrünün çərçivə və prinsipləri müəyyənləşəcək, yeni Konstitusiya layihəsini hazırlamaq üçün ümummilli konfrans çağırılacaq. Prezident bəyanatı ilə istefa çağırışlarını rədd edib.

Qeyd edək ki, martın 11-də Əlcəzair prezidenti aprelin 18-nə nəzərdə tutulmuş və daha sonra təxirə salınan prezident seçkilərində iştirak etməyəcəyini, hökumətdə yerdəyişmələrin olacağını, ümummilli konfransın yaradılacağını, həmçinin öz səlahiyyət müddətini 1 il uzadacağını bəyan edib.

Ümumilikdə fevralın sonundan Əlcəzairdə etirazlar keçirilir.

İnterPress.az