Tbilisinin vitse-meri: “Gürcü və Azərbaycan xalqlarının dostluğu sarsılmazdır”backend

Tbilisinin vitse-meri: “Gürcü və Azərbaycan xalqlarının dostluğu sarsılmazdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Tbilisi şəhərinin vitse-meri İlya Eloşvili jurnalistlərə deyib.

Onun sözlərinə görə, Novruz ümumbəşəri bayramdır: “Təbiətin oyanması bizim azərbaycanlı vətəndaşlarımızı sevindirir və onların sevinc hissləri biz gürcülərə də ötürülür. Ən xoş arzularımla azərbaycanlı qardaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm”.

İ.Eloşvili bildirib ki, gürcü və Azərbaycan xalqlarının dostluğu sarsılmazdır: “İki xalq arasında isti və qardaşlıq münasibətləri bizə əcdadlarımızdan qalıb və biz də bu hissləri gələcək nəsillərimizə ötürəcəyik”.

İnterPress.az