Dərbənd meri: “Bakının şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik”backend

Dərbənd meri: “Bakının şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu “Report”a Dərbənd şəhərinin meri Hizri Əbəkərov bildirib.

O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır: \”Hər dəfə gələndə buna təəccüblənməmək olmur\”.

Mer köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu söyləyib: “Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı təcrübənizi öyrənib Dərbənddə də tətbiq etmək üçün buraya gəlmişik”.

Qonaq Azərbaycanda doğru istiqamətli siyasət yürüdüldüyünü dilə gətirib: “Səmti doğru götürmüsünüz. Bakıda hamı Prezidentdən razılıq edir, ölkədə əvvəlki və indiki vəziyyəti müqayisə edirlər. Prezident tez-tez əhali ilə görüşür, hərtərəfli kömək edir. Xalqın qeydinə qalmaq yaxşı haldır”.

İnterPress.az