Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıbbackend

Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterPress.az-a verilən məlumata görə, buraxılış 6 markadan ibarət kiçik vərəq formasındadır. Markalar “Bahar qızı”, “Keçəl” və “Kosa” kimi Novruz atributlarına həsr olunub. Eyni zamanda, “Aşıq” və “Yuxayayan qız” adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib. Hər markanın ölçüsü 28×40 mm təşkil edir.

Eyni zamanda, 200 ədəd Birinci gün zərfləri də hazırlanaraq satışa çıxarılıb.

Qeyd edək ki, 30 min tirajla çap olunan markaların rəssamı Nərmin Abdullayeva, dizayneri usə Anar Mustafayevdir.

İnterPress.az