Nazir: “Təqaüd və əmək haqları ilə bağlı artımlar inqilabi addımlardır”backend

Nazir: “Təqaüd və əmək haqları ilə bağlı artımlar inqilabi addımlardır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu sahədə atılan addımlar, görülən işlər inqilabi xarakter daşıyır:

“Müxtəlif müavinətlərin, təqaüdlərin 2 dəfədən çox artırılması, əmək haqları və pensiyaların 40 fazdən çox artırılması, həqiqətən də, inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzaranının yaxşılaşmasına yönəlib”.

Nazir qeyd edib ki, sosial təminat, sosial müavinət sistemi mütəmadi inkişaf etməyə, təkmilləşməyə ehtiyacı olan sistemdir: “Daim təkmilləşmə, inkişaf aparılaraq müxtəlif kateqoriyadan olan insanlarımıza xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq”.

İnterPress.az