Avropa İttifaqı Şurası “sərt Brexit”lə bağlı bəzi tədbirləri razılaşdırıbbackend

Avropa İttifaqı Şurası “sərt Brexit”lə bağlı bəzi tədbirləri razılaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu tədbirlər müvəqqəti xarakter daşıyır və Böyük Britaniyaya Aİ üzvlüyünün üstünlüklərindən faydalanmağa tam imkan vermir. Həmin tədbirlər “sərt Brexit\”in bəzi sahələrdə səbəb olacağı fəsadları yumşaltmaq məqsədi daşıyır. Onların arasında nəqliyyat, balıqçılıq, “Erasmus+” proqramı da var.

Böyük Britaniyanın \”Brexit\” üzrə naziri Steven Barkli parlamentdə \”Brexit\”in şərtlərinə dair daha bir səsvermə keçirmək təklifini irəli sürüb. Nazir saziş layihəsinin parlamentdə iki dəfə rədd edilməsinə baxmayaraq, deputatlar tərəfindən dəstəyin artdığını söyləyib. S.Barkli həmçinin hökumətin parlament sessiyasını başa çatdırması və yenisini açması üçün Kraliça II Elizabetə müraciət ünvanlaması ehtimalını da rədd edib.

Bundan əvvəl Baş nazir Tereza Mey \”Brexit\”ə dair növbəti səsvermənin martın 20-dək keçiriləcəyini açıqlamışdı.

İnterPress.az