Narkoloji Mərkəzdə yanğınla bağlı həbs edilən şəxslərin məhkəməsində ekspert dindirilibbackend

Narkoloji Mərkəzdə yanğınla bağlı həbs edilən şəxslərin məhkəməsində ekspert dindirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Məhkəmə Ekpertiza Mərkəzinin ekperti Fərhad Mahmudov şahid qismində ifadə verib.

Məhkəmədə elan olunub ki, Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı rəyi F.Mahmudov verib.

Şahid bildirib ki, yanğın Mərkəzin İkinci müalicə şöbəsinin 14-cü palatasında başlayıb, daha sonra digər palatalara keçib: \”Videogörüntülərdən məlum oldu ki, yanğın saat 6 radələrində baş verib. Şəxsən hadisə yerində olmuşam. Ora köhnə tikili, əksər hissələr isə taxtalardan ibarət idi. Divanların əksəriyyəti yanmışdı, qalıqlardan müəyyən edildi ki, yanğın 14-cü palatada başlayıb. Ekspertiza rəyi istintaqın təqdim etdiyi və hadisə yerindən götürülmüş tədqiqatlar əsasında verilib\”.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

İnterPress.az