Əhalinin banklardakı pulları 8 milyard manatı keçibbackend

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, əmanətlərin 62,5 faizi xarici, 37,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,7 faiz, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.

2019-cu il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 884,7 milyon manat təşkil edib, onun 10 milyard 302,4 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.

İnterPress.az