İnterPress.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Həsrətov Anar Azad oğlu yaşadığı Sumqayıt şəhərindəki dəmir yolu stansiyasında elektrik xəttinə toxunub. Nəticədə 6 min voltluq elektrik xətti kişini vuraraq öldürüb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(report)
İnterPress.az