Yeni Zelandiyada 50 nəfərin ölümünə səbəb olan terrorçu ömürlük həbs ediləcəkbackend

Yeni Zelandiyada 50 nəfərin ölümünə səbəb olan terrorçu ömürlük həbs ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında çıxış edərkən deyib.

O bəyan edib: \”Bu, hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək\”.

Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İnterPress.az