Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd göstəriblərbackend

Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd göstəriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan \”Facebook\” səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.

A.Ovannisyan qeyd edib: \”Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar\”.

O qeyd edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.

Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib.