Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıbbackend

Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sazişin imzalanması mətasimi xarici işlər naziri Elmar Məmmədyarovun Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində baş tutub.

E.Məmmədyarov bu ölkəyə səfəri çərçivəsində Paraqvayın Xarici işlər naziri Luis Alberto Kastiqlioni ilə görüşüb.

Görüşdə Azərbaycan və Paraqvay arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi dialoqun möhkəmləndirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb.

Həmçinin kənd təsərrüfatı, nəqliyyat, sərmayələrin qoyuluşu, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılaraq, gələcəkdə bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının yaradılması barəsində razılığa gəlinib, eləcə də, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Paraqvay Ticarət Palatasının təsis edilməsinə dair ortaq niyyət ifadə olunub.

Azərbaycan və Paraqvayın çoxtərəfli platformada uğurla əməkdaşlıq etdiyini bildirən Nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Paraqvay tərəfinin bu əhəmiyyətli tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

Daha sonra Elmar Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən Nazir Kastiqlioni bu dəvəti dəyərləndirəcəyini diqqətə çatdırıb.

İnterPress.az