Gömrükdən “Marlboro” və kürü keçirmək istədibackend

Gömrükdən “Marlboro” və kürü keçirmək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd \”Marlboro\” markalı siqaret, 10 ədəd \”Apple\” markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə \”Qırmızı Körpü\” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi \”VAZ -21063\” markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd \”Marlboro\” markalı siqaret və 10 ədəd \”Apple\” markalı qulaqcıq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

İnterPress.az