Bu gün Gəncə-Bakı reysinə əlavə sürətli sərnişin qatarı təyin edilibbackend

Bu gün Gəncə-Bakı reysinə əlavə sürətli sərnişin qatarı təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, \”Azərbaycan Dəmir Yolları\” QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib. Bu gün Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

Qeyd edək ki, qatar Gəncədən saat 18.00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.

İnterPress.az