Penitensiar Xidmətin müalicə müəssisəsinə telefon keçirən şəxs saxlanılıbbackend

Penitensiar Xidmətin müalicə müəssisəsinə telefon keçirən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Penitensiar Xidmətin müalicə müəssisəsinə mobil terefon keçirən şəxs saxlanılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən (qanunsuz olaraq narkotik vasitələrin hazırlanması və satışı) təqsirli bilinərək həbs edilmiş Vəliyev Samir Cabir oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi, Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az