Albaniya milli komandası yenə italiyalı baş məşqçiyə tapşırılacaqbackend

Albaniya milli komandası yenə italiyalı baş məşqçiyə tapşırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Türkiyəyə 0:2 hesabı ilə uduzduqdan sonra Kristian Panuççini istefaya göndərən albaniyalılar ona əvəzləyici tapıblar.

Bu posta 73 yaşlı italiyalı Eduardo Reya gətiriləcək. “Latsio” və “Atalanta”dakı işi ilə tanınan mütəxəssis təxminən iki il yarımlıq fasilədən sonra məşqçi fəaliyyətini davam etdirəcək.

2016-cı ilin avqustunda Berqamo klubundan ayrıldıqdan sonra işsiz qalan E.Reya Albaniya yığmasında Canni De Byazi və Kristian Panuççidən sonra ardıcıl üçüncü italiyalı baş məşqçi olacaq.

İnterPress.az