İsrailin Baş naziri ABŞ-a səfərini yarıda saxlayıbbackend

İsrailin Baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bunu hökumət başçısı özü bildirib.

“Təhlükəsizlik sahəsində baş verən hadisələrə görə ABŞ-a səfərimi yarımçıq saxlamaq qərarına gəldim. Bir neçə saatdan sonra ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra təcili olaraq İsrailə qayıdacağam və hökumətin işinə yerindəcə rəhbərlik edəcəm”, – deyə B.Netanyahu vurğulayıb.

O, açılan atəşə cavab verəcəklərinin də əlavə edib.

İsrailin hökuməti başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi.

Xatırladaq ki, martın 25-də səhər saatlarında Fələstinin Qəzza zolağından İsrail istiqamətində atılan raket yaşayış evlərindən birinin üzərinə düşüb. Nəticədə 6 nəfər yaralanıb.

İnterPress.az