Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Dünya  

İsrail Qəzzadakı hücuma cavab zərbəsi hazırlayır - YENİLƏNİB

Qəzza sektorundan buraxılan raket İsrailin mərkəzi hissəsindəki Mişmeret yaşayış məntəqəsindəki evlərdən birinə düşüb.

Dərc edilib: 25 mart 2019 [11:50]
Baxış sayı: 8074

İsrail baş naziri Binyamin Netanyahu bəyan edib ki, ölkəsi Qəzza sektorundan edilən raket zərbəsinə cavab verəcək.

Bununla bağlı “The Jerusalem Post” nəşri yazır.

Bildirilib ki, Netanyahu ABŞ səfərini yarımçıq dayandırmaq və ölkəsinə geri qayıtmaq qərarına gəlib.

Onun sözlərinə görə, İsrailə qarşı cinayət aktı baş verib.

11:11

İnterPress.az xəbər verir ki, bununla bağlı Şaron bölgəsinin polis xidməti məlumat yayıb.

“Bir müddət əvvəl raket hücumu ilə bağlı polisə məlumat daxil olub. Raket evə düşüb və o yanıb”, - məlumatda qeyd edilib.

Hücum nəticəsində aralarında uşaqların da olduğu altı nəfər xəsarət alıb.

“Tibb işçiləri yaralılara yardım göstərir. Onlar yüngül xəsarət alıblar”, - məlumatda bildirilib.

Daha bir neçə nəfər yaşayış məntəqəsinin təxliyyəsi zamanı xəsarət alıb.

İsrail hərbçiləri bildirib ki, raket Qəzza sektorundan buraxılıb.

Hadisədən dərhal sonra İsrail baş naziri Binyamin Netanyahu ABŞ səfərini yarımçıq dayandırıb.

“Baş verən hadisələrə görə mən ABŞ səfərimi yarımçıq dayandırıram. Bir neçə saat sonra ABŞ prezidenti Donald Trampla görüşəcəm və dərhal İsrailə qayıdacam. Baş verənlər İsrail dövlətinə hücumdur və biz buna cavab verəcəyik”, - İsrail baş naziri deyib.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 122