Rauf Məmmədovun Avropa çempionatında qələbə seriyası qırılıbbackend

Rauf Məmmədovun Avropa çempionatında qələbə seriyası qırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bir günlük istirahətdən sonra Azərbaycan millisinin üzvləri növbəti görüşlərinə çıxıblar.

7 təmsilçimizdən 3-ü qalib gəlib. Eltac Səfərli mövqeyini yaxşılaşdırdığı halda, Rauf Məmmədov ardıcıl 4 qələbədən sonra məğlub olub.

Digər şahmatçılarımızdan 1-i heç-heçə oynayıbsa, 3-ü uduzub.

Avropa çempionatı
VI tur
Zbinev Hraçek (Çexiya, 2578) – Rauf Məmmədov (2701) – 1:0
Eltac Səfərli (2662) – Stamatis Kurkolos-Arditis (Yunanıstan, 2435) – 1:0
Kənan Qarayev (2368) – Adrien Demut (Fransa, 2510) – 0:1
Məhəmməd Muradlı (2444) – Eduard Romeyn (Fransa, 2658) – 0:1
Ülvi Sadıqov (2488) – Andrey Tsvetkov (Rusiya, 2322) – 1:0
Cahandar Azadəliyev (1863) – Duşan Radovanoviç (Serbiya, 2331) – 0,5:0,5
Özgün Şahin (Türkiyə, 2221) – Abdulla Qədimbəyli (2404) – 0:1

Turnir cədvəli: 1. Maksim Rotşteyn (İsrail), 2. Kasper Piorun (Polşa) – hər ikisi 5,5 xal, 3. Vladislav Artemiyev (Rusiya) – 5, …60. Rauf Məmmədov, …87. Eltac Səfərli – 4, …216. Ülvi Sadıqov – 3, …230. Məhəmməd Muradlı, 242. …Kənan Qarayev, …268. Cahandar Azadəliyev – hər üçü 2,5, …282. Abdulla Qədimbəyli – 2.

Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.

İnterPress.az