Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaqbackend

Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nda müvafiq dəyişiklik edib.

Qüvvədə olan Qaydaya əsasən, mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra tədbirlər müəyyənləşib. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan və müsabiqə şərtləri 3 iş günü müddətində nazirliyin rəsmi elektron saytında dərc edilib.

Dəyişikliyə əsasən, Mədəniyyət Nazirliyi mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə tədbirləri müəyyən etmək üçün həm də Gənclər Fondunun razılığını almalıdır.(ona)

İnterPress.az