Gürcüstanın “Vahid Milli Hərəkat” Partiyasına yeni sədr seçilibbackend

Gürcüstanın “Vahid Milli Hərəkat” Partiyasına yeni sədr seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Georgia Today”-ə istinadən xəbər verir ki, partiyanın yeni sədri Qriqol Vaşadze olub. Qərar partiyanın ötən gün keçirilən 8-ci qurultayında qəbul edilib. Qurultayda Gürcüstanın sabiq prezidenti və partiyanın sabiq sədri Mixeil Saakaşvili internet vasitəsilə partiya üzvlərinə müraciət edib.

Bildirilir ki, 364 nümayəndə Qriqol Vaşadzenin leyhinə, 1 nəfər əleyhinə səs verib, bir nəfər isə səs vermədə iştirak etməyib. Səsvermə prosesi yeni metodla həyata keçirilib. Belə ki, nümayəndələr mobil telefon aplikasiyaları vasitəsilə səsvermədə iştirak ediblər.

Qeyd edək ki, Qriqol Vaşadze ötən ilin oktyabr ayında Gürcüstanda keçirilən prezident seçkilərində birləşmiş müxalifətin namizədi olub.

İnterPress.az