Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ağcabədidə narkotik satan mütəşəkkil dəstə saxlanılıb

Ağcabədi rayonunda narkotik vasitələr satan dəstə üzvlərində 2 kq-dan çox marixuana və odlu silah aşkarlanıb.

Dərc edilib: 25 mart 2019 [12:20]
Baxış sayı: 5478

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ağcabədi rayon Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyevin mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Babək Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq, Amil Tapqdıqovun və Yaşar Hüsüyevin yaşadığı ünvana baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada çəkisi 200 qrama yaxın və 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd 7.62 kalibrli avtomat və 1 ədəd kustar üsulla hazırlanmış 16 kalibrli tüfəng gülləsi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 122