Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Baş katib: Gürcüstan mütləq NATO-nun üzvü olacaq

“Gürcüstan NATO-nun xüsusi tərəfdaşıdır”.

Dərc edilib: 25 mart 2019 [12:28]
Baxış sayı: 4822

İnterPress.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Tiflisdə rəsmi səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Gürcüstan Avro-Atlantik məkana inteqrasiya yolunda böyük uğur əldə edib.

“Ötən il biz bir daha təsdiqlədik ki, 2008-ci il Buxarest sammitinin qərarı qüvvədə qalır. Gürcüstan mütləq NATO-nun üzvü olacaq. Sizin ölkə NATO-nun üzvü deyil, amma bizim fəaliyyətimizə çox böyük töhfə verir. Baş tutan birgə təlimlər Gürcüstan və NATO arasında güclü əməkdaşlığın sübutudur”, - deyə Y.Stoltenberq qeyd edib.

Y. Stoltenberq Gürcüstanın quruma üzv olacağı tarixi, bunun Abxaziya və Cənubi Osetiya olmadan baş tutub-tutmayacağı barədə fikir bildirməyib.

O, həmçinin vurğulayıb ki, NATO-ya daxil olma qərarını Gürcüstan və digər alyans üzvləri qəbul edir və Rusiya və ya digər bir ölkə bu prosesə təsir edə bilməz. NATO-nun baş katibi əlavə edib ki, alyans Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 122