Azərbaycan Londonda keçirilən Novruz festivalında təmsil olunubbackend

Azərbaycan Londonda keçirilən Novruz festivalında təmsil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın Avropa bürosu xəbər verir ki, “University College London”da (UCL) keçirilən festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi Mərkəzi Asiya ölkələri də iştirak edib.

Azərbaycan üçün ayrılan stenddə ölkəmizin milli musiqi alətləri, geyim və folklor nümunələri, şirniyyat növləri, ölkəmiz haqqında turistik nəşriyyatlar, habelə Dağlıq Qarabağ haqqında kitablar, broşürlər, çay dəsgahı nümayiş etdirilib.

Festivalda Azərbaycanın istedadlı tarzənlərindən olan Rafiq Rüstəmovun və digər sənətkarların ifasında Azərbaycan xalq mahnıları səslənib. Novruz festivalına Londonda yaşayan çoxsayılı Azərbaycan diaspor üzvləri, tələbələr böyük maraq göstərib.(ona)

İnterPress.az