Göyçayda yolu keçən iki qadını avtomobil vurubbackend

Göyçayda yolu keçən iki qadını avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə rayon mərkəzində yerləşən Nizami küçəsində qeydə alınıb.

Həmin küçədə hərəkətdə olan minik avtomobili yolu keçən rayon sakinləri – 1981-ci il təvəllüdlü Samirə Abdurəhmanova və 2001 -ci il təvəllüdlü Nigar Aslanovanı vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal ətrafdakıların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az