Ukrayna polisi Rusiya istehsalı olan silahlardan imtina edəcəkbackend

Ukrayna polisi Rusiya istehsalı olan silahlardan imtina edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az RİA \”Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev bildirib.

Onun sözlərinə görə, polisin Rusiyada hazırlanan mövcud silahları Avropa ölkələrinin istehsalı olanlarla əvəzlənəcək: “Bizim çox iddialı hədəfimiz var. Avtomat “Kalaşnikov”, “Makarov” və “TT” tipli tapançalardan 90 faiz imtina etməyi planlaşdırırıq”.

S.Knyazev əlavə edib ki, Ukrayna polisi Almaniya istehsalı olan “MP-5” tapança-pulemyot almaq istəyir.

İnterPress.az