Millimizin Litva ilə oyun üçün start heyəti açıqlandıbackend

Millimizin Litva ilə oyun üçün start heyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç Xorvatiya ilə oyunun start heyətində meydana buraxdığı futbolçulardan bəzilərini bu qarşılaşmada ehtiyatda saxlayıb.

Belə ki, qapı, gözlənildiyi kimi, “Neftçi”nin “çərçivə qoruyucusu” Səlahət Ağayevə tapşırılacaq.

Müdafiədə Şəhriyar Rəhimov və Rahil Məmmədovu Anton Krivotsyukla Təmkin Xəlilzadə əvəzləyəcək. Onlardan başqa, Bədavi Hüseynov və Maksim Medvedev də komandamıza bu oyunda kömək edəcək.

Yarımmüdafiədə Eddi İsrafilov, Qara Qarayev, Riçard Almeyda və xorvatlarla oyunda sonradan meydana daxil olan Araz Abdullayev yer alacaq. Dmitri Nazarov və Mahir Mədətov bu qarşılaşmanı ehtiyat oyunçular skamyasından seyr edəcək.

Yurçeviç Litva ilə oyuna iki hücumçu buraxacaq. Bunlar Rüfət Dadaşov və Ramil Şeydayevdir.

“Bakcell Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.

İnterPress.az