Çin şirkəti “Range Rover”ə məğlub oldubackend

Çin şirkəti “Range Rover”ə məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bununla bağlı “Bloomberg” agentliyi “Jaguar Land Rover” şirkətinə istinadən məlumat yayıb.

“Jaguar Land Rover” və “Jiangling Motors Corp.” arasında mübahisə 2014-cü ildən başlanıb. O zaman Britaniya şirkəti Çin şirkətini onun dizaynından istifadədə ittiham edib.

Martın 22-də Pekin məhkəməsi “Jiangling Motors Corp.” şirkətinin “Landwind X7” markalı avtomobilin istehsalını dayandırması və bu modellərin satışdan çıxarılması ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, Britaniya şirkəti kompensasiya alacaq, ancaq onun məbləği açıqlanmır.