İsrail HHQ HƏMAS liderinin ofisini bombalayıbbackend

İsrail HHQ HƏMAS liderinin ofisini bombalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın \”RİA Novosti\”yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: \”İsrail HHQ-nə məxsus təyyarələr HƏMAS terror təşkilatının rəhbəri İsmayıl Haniyənin Qəzza zolağının şimal hissəsində yerləşən Rimal rayonundakı ofisinə hücum ediblər. Bina bir çox hərbi müşavirələrin keçirilməsi üçün istifadə edilirdi\”.

Qeyd edilir ki, daha əvvəl Qəzza zolağının Daxili İşlər Nazirliyinin beşmərtəbəli binasına və HƏMAS kəşfiyyat xidmətləri tərəfindən gizli istifadə olunan üçmərtəbəli binalara da zərbələr endirilib.

Mətbuat xidmətindən bildiriblər ki, hava zərbələri endirilməyə başlayandan fələstin silahlıları İsrail ərazisinə ən azı 1 raket buraxıblar.

Qeyd edilir ki, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulması və nəticədə 7 nəfərin xəsarət almasına cavab olaraq həyata keçirilir.