Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb – FOTO – VİDEObackend

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

İnterPress.az xəbər verir ki, yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb.

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın lokallaşdırılıb.

İnterPress.az xəbər verir ki, yanğının tam söndürülməsi üçün işlər davam etdirilir.

***

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

İnterPress.az -ın məlumatına görə, bu barədə FHN məlumat yayıb.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

***

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib.

İnterPress.az xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

İnterPress.az -ın məlumatına görə, nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

İnterPress.az xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

***
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

İnterPress.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda yerləşən \”Diqlas\” ticarət mərkəzində qeydə alınıb.

Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən maşınları cəlb olunub. Şahidlərin sözlərinə görə, yanğın birinci mərtəbədəki dönərxanadan başlayıb və tez bir zamanda yuxarı mərtəbələrə doğru qalxıb.

Xilasedicilər hazırda binada olan vətəndaşları təxliyyə edir.

***

Bakının Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci mikrorayon bazarının yaxınlığında qeydə alınıb.

Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən dönərxana köşkündə hazırda yanğın davam edir. Dönərxananın yerləşdiyi ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.

Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - FOTO - VİDEO

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - FOTO - VİDEO

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - FOTO - VİDEO

İnterPress.az