Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədibackend

Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az -ın məlumatına görə, bu bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

O, məsələnin Rusiya və Livan liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacağını təsdiqləyib.

Peskovun sözlərinə görə, Trampın sözügedən bəyannaməni imzalaması Yaxın Şərq regionu üçün mənfi nəticələrə səbəb olacaq.

“Belə bir qərar həm yaxın şərqdə nizamlanma, həm də Suriya münaqişəsinin siyasi həlli yolu ilə bağlı ümumi ab-hava baxımından birmənalı olaraq mənfi nəticələrə gətirib çıxaracaq. Buna heç kim şübhə etmir”, – deyə Peskov bildirib.

Peskov Vaşinqtonun bu addımını beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, martın 25-də D.Tramp İsrailin Holan yüksəkliklərində suverenliyin tanınması haqqında fərman imzalayıb.

İnterPress.az