Pablo Pikassonun oğurlanmış rəsm əsəri 20 il sonra tapılıbbackend

Pablo Pikassonun oğurlanmış rəsm əsəri 20 il sonra tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə BBC məlumat verib.

İncəsənət dünyasında İndiana Cons adlandırılan A.Brand bildirib ki, bu portret 1999-cu ildə Səudiyyə Ərəbistanı şeyxinin yaxtasından oğurlandıqdan sonra Hollandiyanın cinayət dünyasında əldən-ələ keçib.

\”Qadın sinəsi\” (Dora Maar) əsəri 1938-ci ildə çəkilib və bu günümüzdə, təxminən, 25 milyon avro məbləğində qiymətləndirilir.

Dora Maar 7 il ərzində Pablo Pikassonun sevgilisi və ilham mənbəyi olub. Portret 1973-ci ildə rəssamın ölümünə qədər onun evində divardan asılı olub.

A.Brandın sözlərinə görə, Pikassonun rəsm əsəri narkotik və silah ticarəti ilə əlaqədar müxtəlif növ cinayət əməliyyatlarında girov olaraq istifadə edilib.

İnterPress.az