Zakir Həsənov Qarabağ məsələsindən danışdıbackend

Zakir Həsənov Qarabağ məsələsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri ABŞ-da işgüzar səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT baş katibinin müavini – BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri Jan Pyer Lakrua ilə görüşündə deyib.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək, Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT Baş Katibi müavininin diqqətinə çatdırıb.

J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.

Görüşdə tərəflər ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparıblar.

İnterPress.az